Bütün xəbərlər
Bakıda keçmiş qaynını öldürmək istəyən şəxsin cəzası azaldılıb
Tarix: 27-04-2019 19:11 | Bölmə: Karusel

                                         

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qənbərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
"Report"un məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, E.Qənbərovun 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin iyun anında Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü E.Qənbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının qardaşı Cəmaləddin Əliyevi tapança ilə güllələyib.
Xəstəxanaya çatdırılan C.Əliyevin həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qənbərov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də şikayəti təmin etməyib.



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər