Bütün xəbərlər
Gəncədə həmyerlisini güllələyən şəxsin məhkəməsi başlayıb
Tarix: 26-04-2019 23:19 | Bölmə: Karusel

                                   

Gəncə Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Arif Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 30-na təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 30-u saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini A.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib. Daha sonra A.Həsənov saxlanılıb. 



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər