Bütün xəbərlər
Formula 1-də növbəti qəza (FOTO)
Tarix: 26-04-2019 18:22 | Bölmə: Karusel



Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı növbəti qəza baş verib.
Trend-in məlumatına görə, “Toro Rosso” komandasının pilotu Danil Kvyatlın bolidi təhlükəsizlik baryerinə çırpılıb.
Nəticədə bolid trasdan evakuasiya edilib və D.Kvyatlın ikinci sərbəst yürüşü dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

















Baxış sayı: 469


Bölməyə aid digər xəbərlər