17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Prezident İlham Əliyev: Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir
Tarix: 26-04-2019 18:12 | Bölmə: Karusel
Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır: “Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir”.
Dövlət başçısı vurğulayıb ki, infrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: “Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.
Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır”.
Prezident qeyd edib ki, Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib”.
İlham Əliyev vurğulayıb ki, ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb: “Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.
Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.
Baxış sayı: 417
Bölməyə aid digər xəbərlər

Dünən, 16:58
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
Dünən, 11:38
Bir sıra zəlzələlər baş verdi
10-09-2026, 18:30
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
10-09-2026, 17:47
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
10-09-2026, 17:40
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
10-09-2026, 11:02
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10-09-2026, 10:33
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
9-09-2026, 15:13
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
9-09-2026, 14:33
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
9-09-2026, 12:49
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
8-09-2026, 19:10
Rusiyadan Vyetnama turist axını artır
8-09-2026, 18:49
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
8-09-2026, 18:32
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
8-09-2026, 18:24
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
8-09-2026, 18:09
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
8-09-2026, 14:12
Yakutiya və Amur Bölgəsi Uzaq Şərq istiqraz mexanizmi üçün pilot bölgələrə çevriləcək
7-09-2026, 21:13
Finlandiya Rusiya ilə sərhədlərində 356 milyon avro dəyərində hasarın tikintisini başa çatdırıb
7-09-2026, 21:10
"Eurotrans" şirkətinin direktorlar şurasının sədrinə qarşı iş üzrə iki təqsirləndirilən şəxs həbs edilib
7-09-2026, 20:44
Premium yaşayış kompleksinin sakini güllələnib
7-09-2026, 20:41
Ukrayna Baş Prokuroru NABU işi ilə bağlı yeddi işçini işdən çıxarıb
7-09-2026, 20:37
Turistlər Türkiyə otelində dava etdilər
7-09-2026, 16:39
"Yabloko" fraksiyasının Sverdlovsk şöbəsinin sədri saxlanılıb
7-09-2026, 16:13
Dron hücumu zamanı bir qadın yaralanıb
6-09-2026, 20:14
Rusiya Qırğızıstanda keçirilən Köçəri Oyunlarında üçüncü yeri tutdu
6-09-2026, 20:06
Gürcü və Çex cütlükləri rus fiqurlu konkisürənlərlə şəkil çəkdirərkən bayraqlarını çıxardılar
6-09-2026, 20:02
Hava limanlarında 70-dən çox uçuş təxirə salınıb
6-09-2026, 19:03
Latviya Parlamenti Əhalinin Kənarlaşması səbəbindən Parlament üzvlərinin (Saimaa) sayının azaldılmasını təklif edir
6-09-2026, 18:37
FİFA prezidenti İnfantinonun istefa vermək planı yoxdur
3-09-2026, 18:28
"İl-20" təyyarəsini tutmaq üçün qırıcı təyyarələri havaya qaldırdı
3-09-2026, 18:07
Vəkillər və Rusiya səfirliyi Norveçin Rusiya gəmisini ələ keçirməsinə qarşı etiraz aksiyası hazırlayır
2-09-2026, 19:35
Putin Rusiya ilə Monqolustan arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq adlandırdı
2-09-2026, 19:23
Naməlum mənşəli dron aşkar edilib
2-09-2026, 19:20
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
2-09-2026, 18:52
WP: Ukrayna Silahlı Qüvvələri Rusiya dronlarını ələ keçirmək üçün qırıcı təyyarələr yerləşdirir
2-09-2026, 18:43
Putin Uzaq Şərqdə yeni obyektlərin açılışında iştirak edib
2-09-2026, 18:39
Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması Dövlət Duması seçkiləri üçün seçki məntəqəsinin təşkilinə mane olur
2-09-2026, 18:36
Almaniya xarici işlər naziri Leypsiq pilotsuz aparatı ilə bağlı Rusiyaya təzyiqin artırılmasına çağırış edir