Bütün xəbərlər
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
Tarix: 07-10-2026 19:56 | Bölmə: Karusel


 Rusiya millisi FIFA reytinqində 35-ci yeri qorudu. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Rusiya komandası 1537.45 xal toplayıb. Hazırkı çempion İspaniya birinci yerdə qalır.Argentina ikinci, Fransa isə üçüncü yerdə qərarlaşıb.
Rusiya futbolçuları son oyunlarında İran (2-0) və Namibiya (6-0) üzərində qələbə qazanıblar, həmçinin Nigeriya (3-3) ilə heç-heçə ediblər.
Ukrayna millisi reytinqdə 1535.27 xal toplayaraq 36-cı yerə düşüb.
Daha əvvəl rusiyalı futbolçu Mingiyan Beveev Rusiya millisinin Nigeriya ilə oyunda zəif oynadığını bildirmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər