Bütün xəbərlər
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
Tarix: 29-09-2026 18:32 | Bölmə: Karusel


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Handelsblatt qəzetindəki məqaləsində ölkənin nəqliyyat imkanlarını nəzərə alaraq Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduğunu bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tokayev məqaləni Almaniyaya səfərindən əvvəl "Handelsblatt"da yazıb.
O qeyd edib ki, Astana üçün Almaniya sadəcə investor və ticarət tərəfdaşından daha çox şeydir.Tokayevin sözlərinə görə, hər iki ölkəni beynəlxalq hüquqa və iqtisadi maraqlara açıq sadiqlik birləşdirir.
2025-ci ildə Almaniyaya neft tədarükümüz 10 milyon tonu keçib.Mövcud nəqliyyat imkanlarını nəzərə alaraq bu missiyanı məsuliyyətlə yerinə yetirməyə davam etməyə hazırıq.
QAZAXISTAN LİDERİ QEYD EDİB.
2025-2026-cı illərdə Qazaxıstan, xüsusən də Almaniyaya neft nəqli üçün Drujba boru kəmərindən istifadə edib.
Avqust ayında Qazaxıstan Energetika Nazirliyi Drujba boru kəməri ilə Almaniyaya neft tədarükünün dayandırıldığını elan etdi.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
27-09-2026, 21:15 Turist itkin düşüb