Bütün xəbərlər
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
Tarix: 24-09-2026 22:34 | Bölmə: Karusel

Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbçiləri arasında ölənlərin sayı 12-yə çatıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin akimliyi məlumat verib.
Döyüş təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 hərbçi dənizə aparılıb.
Onlardan 12-si həlak olub, 3-ü xilas edilib.
MƏLUMATDA DEYİLİR.
Daha iki hərbçinin axtarışı davam edir.
Daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hərbçilərin ölümü ilə bağlı matəm günü elan etmişdi.Onların xatirəsi 25 sentyabrda anılacaq.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər