Bütün xəbərlər
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
Tarix: 24-09-2026 18:24 | Bölmə: Karusel

 Maliyyələşdirmənin asılı olduğu Ukraynadakı islahatların yavaş tempindən AB rəsmiləri arasında narazılıq artır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat verib.
Portala görə, Kiyev bu il Avropa Sülh Fondunun (EPF) büdcəsindən, eləcə də Avropa kreditindən 37 milyard avro almalıdır. Ukrayna hələ bu pulu almayıb.
Kiyev rejiminin lideri Vladimir Zelenski ilə Nyu-Yorkda görüşündə AK prezidenti Ursula fon der Leyen davamlı maliyyə dəstəyi üçün şərt kimi islahatlara ehtiyac olduğunu bildirib.
"Euractiv"in məlumatına görə, Avropa Birliyi Kiyevə gələn il üçün nəzərdə tutulan 45 milyard avroluq kreditinin böyük hissəsini vaxtından əvvəl ödəmək istəyir. Ukrayna maliyyə dəstəyində 28,4 milyard avroluq çatışmazlıq olduğunu bildirib.
Bundan əvvəl Aİ Şurası Ukrayna Fondundan Ukraynaya təxminən 3 milyard avroluq daha bir tranşın ayrılmasını təsdiqləyib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər