Bütün xəbərlər
Bakıda sərnişin avtobusu dərəyə aşıb, 25 nəfər xəsarət alıb -FOTO
Tarix: 06-01-2018 20:29 | Bölmə: Karusel

               Avtobus döngəyə yüksək sürətlə daxil olub              

Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.
Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.
Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.
Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub və qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.







Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər