Bütün xəbərlər
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
Tarix: 21-09-2026 19:29 | Bölmə: Karusel


 Bloqçu Nekoglay (əsl adı Nikolay Lebedev) Moldovada narkotik qaçaqmalçılığında və Kişinyov şəhərinin ətrafında narkotik yuvası idarə etməkdə şübhəli bilinərək saxlanılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat verib.
25 yaşlı bloqçu həyat yoldaşı ilə birlikdə saxlanılıb.Kanal yerli mediaya istinadən qeyd edir ki, Lebedevin müştəriləri yetkinlik yaşına çatmayan azarkeşlər olub.
Müstəntiqlərin sözlərinə görə, Nekoglay abunəçiləri evinə narkotik istifadə etməyə dəvət edib.Ötən həftə onun evində axtarış aparılıb və qanunsuz maddələr, tərəzi və üyütmə avadanlığı olan iki çanta tapılıb.
Həbs zamanı Nikolay hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, həyat yoldaşı isə uğursuz şəkildə qaçmağa cəhd edib.Məhkəmə 30 günlük həbs qərarı verib.Cütlük 7 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşir.
Daha əvvəl Sankt-Peterburqun Leninski Rayon Məhkəməsi sosial mediada şeytani simvollar yaydığına görə bloger Rada Russkixin həbsini dayandırmışdı.



Baxış sayı: 15


Bölməyə aid digər xəbərlər