Bütün xəbərlər
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
Tarix: 21-09-2026 19:05 | Bölmə: Karusel


 Rusiyada Dövlət Dumasına seçkilərin yüksək fəallığı və nəticələri vətəndaşların ölkə prezidentinə dəstəyini təsdiqlədi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Mirziyoyev Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Qeyd edilib ki, yüksək fəallıq və səsvermə nəticələri Rusiya vətəndaşlarının Rusiya prezidentinin dinamik sosial-iqtisadi inkişaf və milli maraqların qorunması siyasətinə qeyd-şərtsiz dəstəyini təsdiqləyib.
Özbəkistan Prezidenti həmçinin Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə ürəkdən təbrik edib.
Rusiyada Dövlət Dumasına seçkilər 18-20 sentyabr tarixlərində keçirilib. Səslərin 95,18%-i hesablandıqdan sonra Vahid Rusiya səslərin 57,83%-ni, Rusiya Federasiyası Kommunist Partiyası (KXCP) 13,81%-ni, Liberal Demokrat Partiyası (LDPR) 8,98%-ni, Yeni Xalq 7,96%-ni və Ədalətli Rusiya 4,96%-ni toplayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova vətəndaşlara cəsarətlərinə görə təşəkkür edib və yüksək fəallığı qeyd edib.



Baxış sayı: 10


Bölməyə aid digər xəbərlər