Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
Tarix: 09-09-2026 15:13 | Bölmə: Karusel


 "Norveç tərəfindən həbs edilən "Professor Molçanov" tədqiqat gəmisinin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Bir gün əvvəl gəminin heyətinin bir hissəsinin, 69 sərnişinlə birlikdə evə qayıtdığı açıqlandı.
Bildiyimiz qədəri ilə demək olar ki, hər kəs (ekipaj üzvləri və sərnişinlər) artıq evə qayıdıb.
ZAXAROVA DEYİB.
Rusiyanın "Professor Molçanov" tədqiqat gəmisi Ukraynanın "Naftogaz" şirkəti tərəfindən qaldırılan iddia əsasında məhkəmə qərarı ilə Norveçdə həbs edilib.Hazırda o, Şpitsbergendəki Barentsburq limanındadır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, Norveç gəminin həbs olunmasına icazə verməklə özünü rüsvay etdi.




Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər