Bütün xəbərlər
Bonndakı Rusiya Baş Konsulluğu 11 sentyabrdan etibarən Rusiya pasportlarının verilməsini dayandıracaq
Tarix: 02-09-2026 19:20 | Bölmə: Karusel

Bonndakı Rusiya Baş Konsulluğu, Almaniya hakimiyyətinin konsulluğu bağlamaq qərarına görə, 11 sentyabrdan sonra Rusiya pasportlarının verilməsini dayandıracağını açıqladı.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın veb saytında məlumat verilib.
Bonndakı Baş Konsulluğun bağlanması ilə əlaqədar olaraq, sizə bildiririk ki, pasportunuz hazırdırsa, onu 11 sentyabra qədər görüş təyin etmədən Bonndakı Baş Konsulluqdan götürə bilərsiniz.
ELANDA DEYİLİR.
Həmçinin bildirilir ki, bütün tələb olunmamış pasportlar və onların verilməsi üçün müraciətlər Berlindəki Rusiya səfirliyinə göndəriləcək.
Daha əvvəl Almaniya hökuməti Bonndakı Rusiya Baş Konsulluğunda vətəndaşların qəbulunun tamamilə dayandırıldığını elan etmişdi.Bu qərar avqustun əvvəlində Leypsiq/Halle hava limanında baş verən dron hadisəsi ilə əlaqədar idi.
Almaniya hakimiyyəti dəlil təqdim etmədən hadisəyə görə Rusiyanı günahlandırdı və bunu "hibrid hücum" kimi xarakterizə etdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər