Bütün xəbərlər
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
Tarix: 31-08-2026 17:39 | Bölmə: Karusel


Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında danışıqlar konstruktiv və səmimi atmosferdə keçdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" xəbər agentliyi üçün Pavel Zarubinlə müsahibəsində bildirib.
Kreml sözçüsü qeyd edib ki, liderlər bir-birinə etibar edir və bu etimaddan ən çətin mövzuları müzakirə etmək üçün istifadə edirlər.
"Görüş ənənəvi olaraq çox konstruktiv və səmimi atmosferdə keçirilib.Həm Si, həm də Putin bir-birinə etibar edir və bu qarşılıqlı etimaddan ən çətin məsələləri həll etmək üçün istifadə edirlər".
PESKOV XƏBƏR VERİB.
Rusiya Prezidentinin mətbuat katibi aydınlaşdırıb ki, görüşdə dövlət başçıları ikitərəfli münasibətlərə və ticarət-iqtisadi əməkdaşlığa diqqət yetiriblər, beynəlxalq gündəm barədə qısaca fikir mübadiləsi aparıblar və Ukrayna böhranını qısaca müzakirə ediblər.
Vladimir Putin və Si Cinpin 31 avqustda Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində ikitərəfli görüş keçiriblər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər