Bütün xəbərlər
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
Tarix: 31-08-2026 16:35 | Bölmə: Karusel

 Yerusəlim Patriarxı III Teofilos Ukraynadakı münaqişənin həlli səylərinin bir hissəsi olaraq Rusiya Prezidenti Vladimir Putin və Kiyev rejiminin rəhbəri Volodymyr Zelenski ilə görüşmək niyyətində olduğunu açıqladı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "Breitbart News"ə verdiyi müsahibədə danışdı.
III Teofilos vurğuladı ki, ana kilsə kimi Yerusəlim Patriarxlığının missiyası hər hansı bir konkret pravoslav kilsəsindən kənara çıxır; onun məsuliyyəti daha genişdir.
"Bu ruhda, bu səylərin bir hissəsi olaraq həm Prezident Putin, həm də Zelenski ilə görüşməyə çalışırıq... Ünsiyyət kanallarını açmaq və konstruktiv dialoqa başlamaq üçün onlarla işləməyi səbirsizliklə gözləyirik".
PATRİARX BƏYAN EDİB.
Patriarx həmçinin Vladimir Putini Pravoslav Kilsəsinin inanclı üzvü adlandırıb.
İyun ayında İsrailin Ynet portalı ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün danışıqlarda mümkün vasitəçi kimi III Teofilosun namizədliyini dəstəklədiyini bildirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər