Bütün xəbərlər
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
Tarix: 31-08-2026 16:26 | Bölmə: Karusel

 Amerikalı milyarder Elon Musk Ukraynanın Rusiya ərazisi üzərində "Starlink" peyk rabitə sistemindən istifadə etməsinə icazə verməyə hazırdır, lakin bu məsələ ilə bağlı son qərar Ağ Evindir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrinə görə, Mask Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorova bildirib ki, Ukraynanın Rusiya hədəflərini vurmaq üçün Ukrayna ərazisindən kənarda Starlink sistemi ilə təchiz olunmuş dronlardan istifadə etməsinə etiraz etmir.
İş adamı vurğulayıb ki, belə bir qərar siyasi xarakter daşıyır və Ağ Evdə qəbul edilməlidir.
Fedorov daha əvvəl bildirib ki, Ukrayna ABŞ-a Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər müqabilində "dronlar ordusu" təklif edə bilər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər