Bütün xəbərlər
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
Tarix: 25-08-2026 21:07 | Bölmə: Karusel


 Ukrayna "Patriot" zenit-raket sistemləri üçün "bir neçə raket" alıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev lideri Vladimir Zelenski ukraynalı jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşından gələcəkdə bir neçə "Crotale" hava hücumundan müdafiə sistemi və onlar üçün raketlərin tədarükü barədə təsdiq alıb.
"Biz həmçinin bizim üçün çox vacib olan AIM raketləri də aldıq. Və açığı, daha bir neçə "Patriot" raketi gəldi.Neçə olduğunu deyə bilmərəm, amma bir neçəsi. Daha çoxuna ehtiyacımız var".
ZELENSKİ DEYİB.
Daha əvvəl Kiyev rejiminin rəhbəri ABŞ prezidenti Donald Trampı "Patriot" raketlərinin çatdırılmasını gecikdirməkdə günahlandırmağa çalışmışdı. Beləliklə, Ağ Ev rəhbərinin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərinə cavab olaraq Zelenski silah çatdırılmasından bəhs etmişdi ki, bu da digər dünya liderlərinin teleqramlarına cavab olaraq etmədiyi bir şey idi.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər