17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
FİDE Prezident Şurası Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan edib
Tarix: 24-08-2026 20:06 | Bölmə: Karusel


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurası Rusiya qrossmeysterlərinin Dünya Şahmat Olimpiadasında iştirakını qadağan etmək qərarına gəlib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev məlumat verib.
Komandalarımız Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. FİDE prezidenti vəzifəsini icra edən cənab (Vişvanatan) Anandın təşəbbüsü ilə bu qərar şura tərəfindən qəbul edilib.
TKAÇEV DEYİB.
TASS-a verdiyi müsahibədə o, beynəlxalq idman təşkilatlarında siyasətlə məşğul olmayan insanların olduğunu qeyd edib.
Lakin şəxsi maraqlarını hər şeydən üstün tutan insanlar da var və onlar hazırda şuranın əksəriyyətini təşkil edirlər. Bu dəfə onlar qalib gəldilər.
TKAÇEV DEYİB.
Turnir 16-27 sentyabr tarixlərində Səmərqənddə keçiriləcək.
Rusiya və Belarus şahmatçıları 2022-ci ildə FİDE komanda turnirlərindən kənarlaşdırılıb, lakin idmançılara fərdi turnirlərdə neytral kimi iştirak etməyə icazə verilib.
Daha əvvəl sovet və amerikalı qrossmeyster Lev Alburt bir neçə şahmat federasiyasının Rusiya komandalarına qarşı sanksiyaların ləğvinə qarşı etirazlarını "xırda nadinclik" adlandırmışdı.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər