17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
Seul Kiyevə raketlər verməkdən imtina etdi
Tarix: 24-08-2026 19:54 | Bölmə: Karusel


 Cənubi Koreya hakimiyyəti Kiyev rejimi nümayəndələrinin "Patriot" zenit-raket sistemləri üçün raketlərin tədarükünü təşkil etmək xahişlərini rədd etdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Chosun Ilbo" məlumat verib.
Vəziyyətlə tanış olan bir mənbə portala bildirib ki, Kiyev rejimi lideri Vladimir Zelenskinin köməkçisi şəxsən Seula uçub. Məqalədə Aleksandr Kamışin kimi təqdim olunan qonaq müdafiə sektoru və dövlət satınalmaları rəsmilərindən "PAC-3" raketlərinin istehsalında kömək istəyib.Lakin onun xahişləri və təchizat tələbləri də rədd edilib.
Cənubi Koreya hakimiyyəti Koreya yarımadasında fövqəladə hazırlıq kimi səbəbləri əsas gətirərək (tədarükləri həyata keçirməkdən) çəkindiyini bildirib.
Daha əvvəl Ağ Ev prezidenti Donald Tramp Cənubi Koreya ilə birgə təlimləri azaltmaq qərarına gəlmişdi.Bu, Hind-Sakit Okean regionu ölkələri arasında narahatlıq yaratmışdı.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər