Bütün xəbərlər
Boliviyada avtobus uçuruma yuvarlanıb, 25 nəfər ölüb
Tarix: 23-04-2019 01:01 | Bölmə: Karusel

                                    


Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb.
Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.
Polisin məlumatına görə, avtobusun sürücüsü yük maşınını ötməyə cəhd edib, lakin idarəetməni itirib və 300 metr hündürlükdən dərəyə düşüb. Hazırda araşdırma aparılır, hadisənin bütün detalları müəyyənləşdirilir.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər