17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
Tarix: 24-08-2026 19:43 | Bölmə: Karusel


Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus "Saab JAS 39 Gripen" qırıcı təyyarəsi Budapeştdən təxminən 100 kilometr aralıda, Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot katapult etməyi bacarıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazir Peter Magyar hadisə barədə məlumat verib.
Macarıstan Baş naziri sosial media səhifəsində qəzanın səbəbini açıqlamayıb.
Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus Gripen qırıcı təyyarəsi hələlik məlum olmayan səbəblərdən Szolnok yaxınlığında qəzaya uğrayıb.Pilot katapult edib.Hazırda araşdırma aparılır.
MAGYAR YAZIB.
Bildirilir ki, pilot təyyarəni yaşayış olmayan əraziyə aparmağı bacarıb və bununla da yerdə itkilərin qarşısını alıb.
Bənzər bir hadisə əvvəllər Türkiyədə də baş verib. "F-16" qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu da qaçmağı bacarıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər