17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Bütün xəbərlər
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
Tarix: 24-08-2026 19:30 | Bölmə: Karusel


Kral Dəniz Qüvvələrinin Ticarət və Dəniz Əməliyyatları Mərkəzinin (UKTMO) məlumatına görə, naməlum mərmi Səudiyyə Ərəbistanı sahillərində, Qırmızı dənizin şimalında bir tankerə dəyib və yanğına səbəb olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, hadisə Səudiyyə Ərəbistanının Yanbu şəhəri yaxınlığında baş verib.Tankerin adı və mənsubiyyəti açıqlanmayıb.
Şirkətin təhlükəsizlik işçisi tankerin naməlum mərmi ilə vurulduğunu və əsas göyərtədə yanğına səbəb olduğunu bildirib.
Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzinin məlumatına görə, heyət xəsarət almayıb və ətraf mühitə dəyən ziyan barədə heç bir məlumat yoxdur.
İyul ayında Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki tankeri Yəmənli Husi üsyançıları tərəfindən hücuma məruz qalıb və onlar ərazidə gəmiçiliyin qadağan olunduğunu elan ediblər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər