16:31 / 19-08-2026
İki qız xəsarət alıb
Bütün xəbərlər
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
Tarix: 20-08-2026 19:42 | Bölmə: Karusel


 İrəvandan İran sərhədinə gedən yolda yerləşən Tiqranaşen (azərbaycanca adı Kərki) kəndi Ermənistanın bir hissəsi deyil. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu bildirib.
Əvvəllər Ermənistan SSR-in tərkibində olan 31 kəndin Azərbaycanın nəzarəti altında olduğu bildirilirdi.
Ermənistanın baş naziri vurğulayıb ki, Bakı ilə İrəvan arasında sülh 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qurulub və bu Bəyannamə SSRİ-nin dağılması zamanı keçmiş sovet respublikalarının inzibati sərhədlərini dövlətlərarası sərhəd kimi tanıyıb.
Hazırda bu xəritələrdə Artsvaşen Ermənistan ərazisi, Kərki (Tiqranaşen - red.) Ermənistan ərazisi deyil, Barxudarlı Ermənistan ərazisi deyil və Yuxarı Əskipara Ermənistan ərazisi deyil.
PAŞİNYAN BRİFİNQ ZAMANI BİLDİRİB.
Ermənistanın Baş naziri anklav məsələsinin mövcud olduğunu və hər iki ölkədəki insanlar üçün əlverişli şəkildə həll edilməli olduğunu aydınlaşdırdı. Hazırda heç bir razılaşma yoxdur; tərəflər danışıqlar masasına oturmalıdırlar və buna ümumi kontekstdə baxılmalıdır, deyə Paşinyan yekunlaşdırdı.
8 avqustda, Azərbaycanla sülh müqaviləsinin birinci ildönümündə Paşinyan Yerevan və Bakının münaqişənin fəslini bağladığını və sülh bərqərar etdiyini bəyan etdi.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər