Bütün xəbərlər
Norveç Kralı V Harald anemiya səbəbindən xəstəxanaya yerləşdirilib
Tarix: 17-08-2026 22:16 | Bölmə: Karusel


 Norveç Kralı V Harald adi tibbi müayinədən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kral ailəsi səbəbin xroniki qan xəstəliyinin müalicəsi ilə bağlı ağırlaşmalar olduğunu açıqlayıb.
Rəsmi açıqlamada 89 yaşlı monarxın son həftələrdə hemolitik anemiyadan müalicə aldığı aydınlaşdırılıb.Lakin onun bədənində artıq maye əmələ gəlib və bu da dərhal xəstəxanaya yerləşdirilməsini tələb edib. Kralın təxminən iki həftə xəstəxanada qalması gözlənilir. Vəliəhd şahzadə Haakon müvəqqəti kral təyin edilib.
Norveç kralı əvvəllər ürək əməliyyatı və digər prosedurlar keçirmişdi. Fevral ayında V Harald infeksiya və susuzlaşma ilə Tenerifedə xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər