Bütün xəbərlər
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər
Tarix: 16-08-2026 09:11 | Bölmə: Karusel

 İran və Oman hakimiyyəti Hörmüz boğazı üçün yenilənmiş gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Press TV" İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat verib.
Tehran və Məsqət strateji dəniz arteriyasından ticarət gəmilərinin keçməsi üçün əsas parametrlər barədə uğurla razılığa gəliblər. İranlı diplomat aydınlaşdırıb ki, yol hərəkəti qaydalarının müəyyən texniki aspektləri hazırda ikitərəfli məsləhətləşmələrin mövzusu olaraq qalır.
Əvvəllər İran və Omanın Hörmüz boğazında gəmiçiliklə bağlı danışıqları demək olar ki, başa vurduğu bildirilirdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər