Bütün xəbərlər
Hava Limanına beş təyyarə enə bilməyib
Tarix: 16-08-2026 08:44 | Bölmə: Karusel


Müvəqqəti məhdudiyyətlər səbəbindən beş təyyarə Moskvanın Vnukovo Hava Limanına enə bilməyib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a hava limanından məlumat verilib. Antalya, Bodrum, Tbilisi, Soçi və Naxçıvandan uçuşlar digər şəhərlərə yönləndirilib.
Beş uçuş Minsk, Sankt-Peterburq, Nijni Novqorod, Ufa və Moskvanın Şeremetyevo Hava Limanına yönləndirilib.
Vnukovo Hava Limanı gecikmiş uçuşlardakı sərnişinlərə Rusiya federal aviasiya qaydalarına uyğun olaraq xidmət göstərildiyini vurğulayıb.
Daha əvvəl Rosaviasiya təhlükəsizlik səbəbi ilə Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşları qadağan etmişdi.





Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər