Bütün xəbərlər
Meloni Ukraynaya dəstəyini haqlı çıxarmağa məcburdur
Tarix: 10-08-2026 19:11 | Bölmə: Karusel


 "Politico" xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni 2027-ci il seçkilərindən əvvəl seçicilərinə Kiyevə dəstəyini haqlı çıxarmağa məcburdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Meloninin fraksiyasının bəzi üzvləri, o cümlədən müxalifətdəki Milli Gələcək partiyasının lideri Roberto Vannaççi, Rusiyaya qarşı daha yumşaq mövqe tutmağı müdafiə edirlər ki, bu da Meloninin "çətinliklərlə üzləşməsinə" səbəb olur.
Nəşr həmçinin qeyd edir ki, İtaliya Baş naziri qanunsuz immiqrasiyaya qarşı mənfi münasibətini daha tez-tez vurğulamağa başlayıb.
Daha əvvəl Meloni İspaniyanın Seuta anklavında qanunsuz miqrantların sayının kəskin artması fonunda Romanın İspaniya ilə Şengen Sazişini dayandırmağı düşündüyünü bildirmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər