Bütün xəbərlər
Rusiya xarici işlər nazirinin müavini Moldovanı təxribatlarla bağlı xəbərdar etdi
Tarix: 10-08-2026 17:41 | Bölmə: Karusel


 Kişinyov bütün düşmən və təxribatçı hərəkətlərə adekvat cavab alacaq. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu xəbərdarlığı TASS-a verdiyi müsahibədə Moldovaya verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, Kişinyov 2020-ci ildə, Moldovada Qərbyönlü, Rusiya əleyhinə qüvvələr hakimiyyətə gələndə Rusiya diplomatik kuryerlərinə, vəzifəli şəxslərinə və Rusiya səfirliyinin işçilərinə qarşı təxribatlar tətbiq etməyə başlayıb.
"Moldova tərəfi səfirlik işçilərinin sayına kvota tətbiq edib və diplomatlarımızın ölkədən çıxarılması, akkreditasiyadan imtina edilməsi, saxlanılması və sərhədi keçməsinin qarşısının alınması halları dəfələrlə baş verib".
Rusiyalı diplomatın sözlərinə görə, bütün bu düşmənçilik hərəkətləri, qarşılıqlılıq prinsipinə uyğun olaraq, adekvat cavablar alıb və almağa davam edəcək.
İyun ayında Rusiya vətəndaşı Moldova paytaxtının hava limanında saxlanılıb və sərt dindirilməyə məruz qalıb, bundan sonra onun səhhəti kəskin şəkildə pisləşib. Kişinin Moldovaya girişinə icazə verilməyib və Rusiya konsulluq işçilərinə Rusiya vətəndaşı ilə danışmaq və onun səhhəti ilə bağlı məlumat almaq xahişi rədd edilib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər