Bütün xəbərlər
Alman zavodu partlayışlar səbəbindən fəaliyyətini dayandırıb
Tarix: 09-08-2026 17:37 | Bölmə: Karusel


 Ukraynanın Jitomir şəhərində yerləşən Alman şirkəti Kromberg & Schubert partlayışlardan sonra fəaliyyətini dayandırıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Jitomir vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Buneçko özünün Telegram kanalında məlumat verib.
Buneçko şirkətin mətbuat açıqlamasına istinad edərək bildirib ki, istehsal müəssisələri və infrastruktur ciddi ziyana və genişmiqyaslı dağıntılara məruz qalıb. Onun sözlərinə görə, zavodun fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
TASS xəbər verir ki, zavodun veb saytına görə, Kromberg & Schubert Zhitomir avtomobillər, xüsusən də Man və Skoda üçün elektrik bort kabel sistemləri istehsal edir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər