Bütün xəbərlər
Ermənistan Xarici İşlər Nazirliyi: AB Yerevanla qanunsuz miqrantlar üçün mərkəz müzakirə etməyib
Tarix: 04-08-2026 20:28 | Bölmə: Karusel


 Ermənistanda AB ölkələrindən olan qanunsuz miqrantlar üçün mərkəzin yaradılması məsələsi Yerevanla müzakirə olunmayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "Armenpress" xəbər agentliyinə verdiyi şərhdə bildirib.
"Bizə belə bir təklif gəlməyib və bu məsələ bizimlə müzakirə olunmayıb".
DİPLOMAT VURĞULADI.
Daha əvvəl "Euronews" 4 avqustda keçiriləcək AB Şurasının iclasında Ermənistan da daxil olmaqla bir sıra ölkələrdə qanunsuz miqrantlar üçün saxlama mərkəzlərinin yaradılması təşəbbüsünün nəzərdən keçirilə biləcəyini bildirmişdi.





Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər