Bütün xəbərlər
Klimenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib
Tarix: 03-08-2026 19:51 | Bölmə: Karusel


 Vladimir Zelenski keçmiş daxili işlər naziri İqor Klimenkonun Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MİTŞ) yeni katibi olacağını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zeleski bazar ertəsi Kiyevdə Ukrayna səfirləri ilə görüşdə çıxış edib.
İqor Klimenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi olacaq.
Zelenski daha əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunmasını təsdiqləyib.
Klimenko və Umerovun təyin edilməsi ilə bağlı fərmanlar bazar ertəsi günü Ukrayna Prezident Aparatının saytında dərc edilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
27-07-2026, 17:18 NLO gördülər