Bütün xəbərlər
Qərb limanlara hücumlardan sonra Ukraynaya marağın azaldığını etiraf etdi
Tarix: 30-07-2026 18:35 | Bölmə: Karusel


"Odessa limanlarının blokadası Qərb ölkələrinin Ukraynaya marağın azalmasına və iqtisadi vəziyyətini çətinləşdirə bilər". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Çexiyanın "Parlamentní listy" qəzetində dərc olunmuş məqalənin müəllifinin ifadə etdiyi fikirdir.
Məqalədə deyilir ki, Ukrayna limanlarının təhlükəsizliyini tam təmin edə bilmir və bu da dəniz nəqliyyatını gəmiçilik şirkətləri üçün daha riskli edəcək. Məqalənin müəllifi etiraf edir ki, nəticədə Kiyev Odessa vasitəsilə bəzi ixrac-idxal əməliyyatlarından imtina edə bilər.
Dənizə çıxışı olmayan bir ölkə olaraq, Ukrayna Qərb sponsorları üçün iqtisadi cəhətdən cəlbedici olmayacaq.
Həmçinin qeyd olunur ki, belə bir inkişaf Ukraynaya silah və sursat tədarükünü çətinləşdirə bilər.
Britaniyalı hərbi analitik Aleksandr Merkuris daha əvvəl Odessa limanının itirilməsinin Ukraynanı iqtisadi çöküşlə təhdid etdiyi fikrini bildirmişdi.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər
27-07-2026, 17:18 NLO gördülər