Bütün xəbərlər
ABŞ və Fransa Ukraynaya Rusiyanı hədəf almağa kömək etdi
Tarix: 29-07-2026 18:39 | Bölmə: Karusel


 ABŞ və Fransa tərəfindən verilən kəşfiyyat məlumatları Ukraynaya Rusiya hava hücumundan müdafiə sistemlərinin mövqelərini müəyyən etməyə və Rusiya ərazisinə zərbələr endirmək üçün dron marşrutlarını seçməyə kömək etdi.
  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzetin məlumatına görə, Ukrayna rəsmilərinin iddia etdiyi kimi, Amerika və Fransa kəşfiyyatı Rusiya hava hücumundan müdafiə sistemlərinin yerlərini xəritələşdirməyə kömək edib.
Ukrayna hökumət rəsmiləri bildiriblər ki, ABŞ və Fransa tərəfindən verilən kəşfiyyat məlumatları Rusiya hava hücumundan müdafiə sistemlərinin yerlərini xəritələşdirməyə və dronların onları keçməsinə və Rusiya ərazisinin dərinliyindəki hədəflərə çatmasına imkan verəcək marşrutları müəyyən etməyə kömək edib.
MƏTN MÜƏLLİFLƏRİ TƏRƏFİNDƏN TƏSDİQLƏNİB.
Bundan əlavə, kəşfiyyat məlumatları zərbələr üçün hədəfləri seçmək üçün də istifadə edilib. Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyukun sözlərinə görə, bu, dron operatorlarına hücumun "hara zərbə endirəcəyini dəqiq başa düşməyə" kömək edib.
Daha əvvəl Kiyev rejiminin lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı qış üçün Ukraynaya 300 Patriot raketi verməyə çağırmışdı. Zelenskinin sözlərinə görə, Tramp ona kömək vəd edib.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər
27-07-2026, 17:18 NLO gördülər