17:18 / 27-07-2026
NLO gördülər
Bütün xəbərlər
MKİ və "Mossad" Müctəba Xameneyini tapa bilmirlər
Tarix: 28-07-2026 20:02 | Bölmə: Karusel


 ABŞ və İsrail kəşfiyyat xidmətləri Ayətullah Müctəba Xameneyini tapmağa çalışırlar. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Jurnalistlər əlavə edirlər ki, axtarışın məqsədi Xameneyini öldürmək deyil, çünki İranda faktiki hakimiyyət hazırda hərbçilərin əlindədir. Buna görə də MKİ və "Mossad" ayətullahın sağ və ya ölü olub-olmadığını bilmək istəyirlər.
"Müctəbanı tapmağın yeganə yolu onunla əlaqəsi olan birini işə götürməkdir. Amma bu, inanılmaz dərəcədə çətindir... Bəlkə də İslam İnqilabı Keşikçiləri Korpusunun yalnız iki və ya üç üzvü onun harada olduğunu bilir".
KEÇMİŞ "MOSSAD" ZABITI RAMİ İQRA QƏZETƏ MÜSAHİBƏSİNDƏ BU SÖZLƏRİ BELƏ BİLDİRİB.
Qəzet həmçinin ekspertlərə istinadən Xamneyinin xarici dünya ilə əlaqədən kənarda qala bilməyəcəyini aydınlaşdırır. MKİ və "Mossad" onun mesajlarını çatdıran insanları tapmağa ümid edirlər.
Möctəba Xameneyi, 28 fevral 2026-cı ildə iqamətgahına edilən hava hücumunda öldürülən İranın əvvəlki Ali Lideri Əli Xameneyinin oğludur.8 martda Müctəba İslam Respublikasının Ali Lideri seçildi.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər
Dünən, 17:18 NLO gördülər