Bütün xəbərlər
Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
Tarix: 06-01-2018 13:25 | Bölmə: Karusel


                      

Sumqayıt şəhər sakini bıçaqlanaraq öldürülüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 29-cu məhəlləsində, 13 saylı yataqxanada baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Elxan Gülağa oğlu Həbibov bıçaqlanıb. O, ağır bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra mərhumun yeznəsi şübhəli şəxs qismində saxlanılsa da, sonradan sərbəst buraxılıb. 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.



Baxış sayı: 535


Bölməyə aid digər xəbərlər