18:03 / 15-07-2026
Güclü zəlzələ baş verib
Bütün xəbərlər
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
Tarix: 16-07-2026 17:11 | Bölmə: Karusel


 İstanbuldakı Ayasofyada Müqəddəs Kitab oxuduqları üçün saxlanılan iki rusun cümə, 17 iyulda deportasiya edilməsi planlaşdırılır. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS xəbər agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat verib.
Deportasiya cümə gününə planlaşdırılır.
MƏNBƏ XƏBƏRDARLIQ EDİB.
Rusiya vətəndaşları 13 iyulda saxlanılıblar. 36 yaşlı Viktoriya Filonova və 32 yaşlı İqor Filonov Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi - "əhali arasında nifrət və ya düşmənçilik salmaq və ya əhalinin müəyyən qruplarını alçaltmaq" maddəsi ilə ittiham olunurlar.Dünən rusların deportasiya mərkəzində saxlanıldığı bildirilib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər