13:58 / 28-06-2026
Altı nəfər xəsarət alıb
Bütün xəbərlər
4,1 bal gücündə zəlzələ baş verib
Tarix: 29-06-2026 20:48 | Bölmə: Karusel


 İyunun 29-da Dağlıq Altaysk yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsinin məlumatına görə, zəlzələnin episentri Aktaş kəndindən təxminən 32 km cənubda olub.Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 5 bal olub.
Alimlər izah edirlər ki, bu bölgə 2003-cü ildə baş verən güclü zəlzələdən (Rixter şkalası üzrə 7,3 bal) sonra 20 ildən çoxdur ki, seysmik cəhətdən aktiv olaraq qalır. Mütəxəssislər bunu bölgədə bir neçə milyon ildir davam edən dağ əmələgəlmə prosesləri ilə əlaqələndirirlər.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər