Bütün xəbərlər
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
Tarix: 18-06-2026 20:56 | Bölmə: Karusel


"İyun ayında Ermənistanda ABŞ, Fransa və Yunanıstan qoşunlarının iştirakı ilə keçiriləcək "Qartal Tərəfdaşı 2026" təlimləri Cənubi Qafqaz üçün geosiyasi təhdidlər yaradır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, bu təlimlər yalnız region üçün təhdidlər yaradır.
"Bu təlimlər, şübhəsiz ki, Cənubi Qafqazın sabitləşməsinə heç bir fayda verməyəcək, əksinə yeni geosiyasi bölücü xətlər və təhdidlər yaradacaq".
ZAXAROVA BRİFİNQDƏ BİLDİRİB.
O, əlavə edib ki, İrəvan Qərbi məmnun etmək üçün xarici iştirakçıları dəvət edib.
Zaxarova daha əvvəl bildirib ki, Moskva Ermənistanın Gümrü şəhərində Böyük Vətən Müharibəsi Qəhrəmanlarının abidəsinin təhqir olunması ilə bağlı İrəvana etiraz notası göndərib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər