20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Qarabağ"ın sabiq futbolçusu Slovakiya klubu ilə anlaşıb
Tarix: 05-01-2018 17:11 | Bölmə: Karusel

                 Reynaldo Trnava Spartakında çıxış edəcək

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo da Silva karyerasını Slovakiyanın “Spartak” klubunda davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Trnava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçisi Nestor El Maestro 29 yaşlı hücumçu barədə xoş sözlər deyib. O, braziliyalının liqaları üçün bəlli keyfiyyətlərə malik yaxşı oyunçu olduğunu söyləyib: “Son 6 ayda heç bir matçda meydana çıxmayıb. Bu, problem olsa da, oxşar təcrübəmiz var. Yasin Pehlivan bütün il ərzində oynamamışdı. Hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə “Qarabağ”da çıxış edib. O, yay fasiləsində Türkiyə təmsilçisi “Adanaspor”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.  



Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər