Bütün xəbərlər
Rusiya qadın futbol komandası Çini məğlub etdi
Tarix: 03-06-2026 20:32 | Bölmə: Karusel


 Uhandakı Beş Halqa Stadionunda Rusiya və Çin qadın milli komandaları arasında yoldaşlıq oyunu keçirildi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, matç 2-1 hesabı ilə Rusiya qadın komandasının xeyrinə başa çatdı.
Yuri Krasnojanın komandası 54-cü dəqiqədə hesabı açdı.Natalya Maşinayanın ötürməsindən sonra top qapıya daxil oldu.
Ev sahibi komandası altı dəqiqə sonra hesabı bərabərləşdirməyi bacardı. Vanq Şuanqın cərimə meydançasının xaricindən vurduğu zərbə Natalya Silinanın qapısından keçdi.
Əsas vaxtın bitməsinə dörd dəqiqə qalmış Azaliya Zalmieva Veronika Kuropatkinanın ötürməsindən sonra qələbə qolunu vurdu.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər