Bütün xəbərlər
PSJ oyunçusu Kvaratsxeliya jurnalistlə rus dilində danışmaqdan imtina etdi
Tarix: 01-06-2026 17:34 | Bölmə: Karusel

Gürcüstanlı "Paris Saint-Germain" yarımmüdafiəçisi Xviça Kvaratsxeliya media nümayəndəsi ilə rus dilində danışmamaq qərarına gəldi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Çempionlar Liqasının finalından sonra baş verdi.
Futbolçu jurnalistdən ingilis dilində üzr istəyərək danışa bilmədiyini söylədi.
Avropanın ən yaxşı klub yarışmasının cari mövsümündə Kvaratsxeliya on qol vurub və altı məhsuldar ötürmə edib.
PSJ və "Arsenal" arasında Çempionlar Liqasının finalı 30 mayda Budapeştdə baş tutdu. Matç əsas vaxtdan sonra 1-1 hesabı ilə başa çatdı. Fransız klubu penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəldi.
Turnirin mətbuat xidmətinin məlumatına görə, Kvaratsxeliya daha sonra Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.




Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər