Bütün xəbərlər
Şəkidə evində narkotik bitki əkib-becərən şəxs saxlanılıb
Tarix: 18-04-2019 10:29 | Bölmə: Karusel

                              


Şəki şəhərində evində narkotik bitki əkib-becərən şəxs saxlanılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. 



Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər