Bütün xəbərlər
İsveç kəşfiyyat təyyarəsi Latviya və Estoniyada Rusiya sərhədi yaxınlığında müşahidə edilib
Tarix: 26-05-2026 13:43 | Bölmə: Karusel


 İsveçin Saab 340B ISR kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında Latviya və Estoniya hava məkanında müşahidə edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.
Agentliyin mənbəyinin məlumatına görə, təyyarə Estoniyanın Ämari şəhərindəki hərbi aerodromundan havaya qalxıb və sonra şərqə doğru uçaraq Estoniya və Latviya əraziləri boyunca uçuş həyata keçirib.
Bu tip təyyarələrin təxminən 6,5 km əməliyyat hündürlüyündə uçarkən bir neçə yüz kilometr məsafədə kəşfiyyat apara biləcəyi dəqiqləşdirilib.
Agentliyin mənbəyi xatırladıb ki, eyni təyyarə əvvəllər Baltikyanı bölgə üzərində, o cümlədən Kalininqrad bölgəsi ilə sərhəd boyunca ərazilərdə və Şərqi Avropa üzərində müşahidə olunub.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər