18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
Bütün xəbərlər
Türkiyədə turist avtobusunun qəzasında 46 nəfər yaralanıb
Tarix: 24-05-2026 16:59 | Bölmə: Karusel

Türkiyədə turist avtobusunun qəzaya uğraması nəticəsində 46 nəfər yaralanıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Qəza ölkənin qərb hissəsində, Çanaqqala əyalətinin Yıldıran kəndi yaxınlığında baş verib.
Ankaradan Çanaqqalaya gedən turist avtobusu naməlum səbəbdən magistral yoldan çıxaraq tarlaya aşıb.
Qəzada 45 sərnişin və sürücü yaralanıb.Həyati təhlükəsi olan xəsarətlər barədə məlumat verilməyib.
Bir gün əvvəl, 23 mayda Antalya əyalətində avtobus qəzasından sonra 14 rusiyalı turist xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər