18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
Bütün xəbərlər
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
Tarix: 21-05-2026 18:38 | Bölmə: Karusel

 Kalininqrad vilayətinin sərhədi yaxınlığında Polşa üzərində Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Dassault Mirage 2000D" çoxməqsədli qırıcı təyyarə müşahidə edilib. RİA Novosti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 11:00-da təyyarə Emaridəki Estoniya hərbi aerodromundan havaya qalxıb.Daha sonra Estoniya, Latviya və Litva ərazilərini keçərək Polşa üzərindən keçib.
Qırıcı təyyarə Poznan yaxınlığında döndükdən sonra Rusiya sərhədinə yaxınlaşıb və onun yaxınlığında dairəvi şəkildə uçmağa başlayıb.
Daha sonra bildirilib ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin əməliyyat zonasında üç NATO "Airbus A330-243MRTT" tanker təyyarəsi də olub.
Agentliyin məlumatına görə, təyyarələr mütəmadi olaraq Rusiya sərhədinə belə uçuşlar həyata keçirir.
Bundan əvvəl Litvanın xarici işlər naziri Kestutis Budris NATO-nun Kalininqrada zərbə endirmək üçün bütün lazımi vasitələrə malik olduğunu bildirmişdi.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər