Bütün xəbərlər
Uşaq Sağlamlıq Mərkəzi dövlət qurumunu məhkəməyə verib
Tarix: 17-04-2019 16:41 | Bölmə: Karusel

                                  


"Günəş" Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzi MMC Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC mülkiyyət hüququnun qeydə alınması və s. barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin edib.
Qərardan narazı qalan dövlət qurumu apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.



Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər