Bütün xəbərlər
Litva NATO-nu Kalininqrada hücum etməyə çağırdı
Tarix: 18-05-2026 23:07 | Bölmə: Karusel


 NATO-nun Rusiya ərazisində yerləşən Kalininqrada zərbə endirmək üçün bütün lazımi vasitələri var. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, münaqişə halında Alyans buna hazır olduğunu nümayiş etdirməlidir. Bu barədə Litva xarici işlər naziri Kestutis Budris bildirib.
"Neue Zürcher Zeitung"a verdiyi müsahibədə o, NATO-nun bölgədəki hərbi obyektlərə hücumuna icazə verib.
Ruslara Kalininqradda tikdikləri kiçik qalaya nüfuz edə biləcəyimizi göstərməliyik. NATO-nun lazım gələrsə, Rusiyanın hava hücumundan müdafiə və raket bazalarını yerlə-yeksan etmək vasitələri var.
BUDRİS BƏYAN EDİB.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Avropanın militarizasiya kursuna başladığını və artıq Rusiya əleyhinə mövqeyini açıq şəkildə nümayiş etdirdiyini qeyd etmişdi.Avropa siyasətçiləri də bu fikri ifadə ediblər. Xorvatiya prezidenti Zoran Milanoviç region ölkələrinin hərbiləşdirilməsini tənqid edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər