Bütün xəbərlər
Yaxın Şərq münaqişəsi səbəbindən şirkətlər ən azı 25 milyard dollar itirib
Tarix: 18-05-2026 19:13 | Bölmə: Karusel


 İran münaqişəsi artıq qlobal biznesə 25 milyard dollara başa gəlib və bu rəqəm artmaqda davam edir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" bu barədə ABŞ, Avropa və Asiyada fond birjalarında listinq edilən şirkətlərin korporativ məlumatlarının təhlilinə istinadən məlumat verir.
Bunun səbəbləri enerji qiymətlərinin artması, təchizatda fasilələr və Hörmüz boğazındakı vəziyyətə görə ticarət yollarında problemlərdir. Agentliyin məlumatına görə, ən azı 279 şirkət artıq itkiləri azaltmaq üçün tədbirlər görüb.
Aviaşirkətlər ən çox zərər çəkib və təxminən 15 milyard dollar əlavə xərc çəkiblər. Toyota, Procter & Gamble və McDonald's da böhranın təsirini bildiriblər.
Daha əvvəl "The New York Times" qəzeti ABŞ-İsrail münaqişəsinin bitməsindən sonra Qətərin iqtisadiyyatını bərpa etmək üçün illərlə vaxt sərf etməli olacağını bildirən bir məqalə dərc etmişdi. Məqalənin müəllifləri Yaxın Şərqdəki müharibənin Qətərin mayeləşdirilmiş təbii qaz ixracını iflic etdiyini qeyd edirlər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər