Bütün xəbərlər
BMT-də nizam-intizamın bərpa olunacağına ümid var
Tarix: 15-05-2026 23:56 | Bölmə: Karusel


 BMT Baş Katibinin dəyişməsi təşkilata nizam-intizam gətirmək üçün şans yaradır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu BRICS Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
Lavrov qeyd edib ki, BMT-nin yeni Baş Katibinin seçilməsi bu il keçiriləcək.
Onun yerinə təyin olunması qlobal təşkilata nizam-intizamı bərpa etmək üçün real fürsət açır. Daha doğrusu, bu, real fürsət deyil, şans təqdim edir.
Sergey Lavrov həmçinin bildirib ki, BMT və Bretton Vuds sistemi də daxil olmaqla əsas beynəlxalq qurumlar hələ də tarixi Qərb adlanan dövlətlər tərəfindən idarə olunur.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik BMT-dəki Ukrayna təşkilatlarının "ayrı bir reallıqda" yaşadığını qeyd etmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər