Bütün xəbərlər
Ukrayna dronları Zaporojye AES işçilərini yaralayıb
Tarix: 14-05-2026 21:25 | Bölmə: Karusel


 Zaporojye AES-in mətbuat xidmətinin məlumatına görə, Ukrayna pilotsuz uçuş aparatları Zaporojye AES-ə bitişik əraziyə hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zaporojye AES-in iki işçisi zavodun perimetrindən 100 metr aralıda yaralanıb.İşçilər nəqliyyat vasitəsində hərəkət edir və növbətçilik edirdilər.
Hücum çoxsaylı olub və bu da qurbanların sürətli təxliyəsini çətinləşdirib.
Zərərçəkənlər hazırda tibb müəssisəsinə aparılıb və tibbi yardım alırlar. İşçilərin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər